Son yenilənmə tarixi 17/11/2023 by Leyla Xanım
Ərzaqlar:
3 yumurta
1,5 s. st. şəkər
1,5 s.st.un
1 ç.st.duru yağ
1 x/q.kakao
1 paket qabartma tozu
1 ç.st.süd
Kremi üçün:
2,5 s. st. süd
5 x/q şəkər
2,5 x/q.un
3-4 x/q.kakao
1 paket vanil
0,5 paket marqarin
Hazırlanması:
Keksi hazırlamaq üçün əvvəlcə yumurta və şəkəri mikserlə ağaranadək çalın.Sonra üzərinə yağ ı,südü,unu,qabartma tozunu,kakaonu əlavə edib yavaşca qarışdıraraq yağlanmış keks qabına tökürük. (Yağlı kağızda qoya bilərsiniz)
180 dərəcədə 30-35 dəqiqə üzəri qızarana qədər bişirin.
Kremin hazırlanması üçün bütün ərzaqları qazana töküb bişirin. Qaynamaya başladığında ocaqdan alıb içinə marqarinidə töküb çalırsan.
Keks soyuduqdan sonra ortadan ikiyə kəsərək (Sapla daha asan kəsəcəksiniz)hazırladığımız kremi altdakı parçanın üzərini kremləyin.(Zövqə görə arasına qozda səpə bilərsiniz). Digər parça ilə üzərini örtərək qalan kremlə üzərini kremləyin. İstəyə bağlı olaraq üstünü kokos və ya qozla bəzəyə bilərsiniz.Soyuducuda 2 saat saxladıqdan sonra tortunuz hazırdır. NUŞ OLSUN.
cox gozel
cox gozel mutleq hazirlayacam
gorunusu pis deyil dadi da gorunuwu kimi olsa super olar
men beyenmedim amma mene saxta baba tortu lazimdir
yaxsidi
marqarin nedi .xahiw yazında
Marqarin bir yağ növüdür. Marketlerdə satılır. Fərqli markalarla. (sana kimi…)
yazmisiz 1,5 s. st. Weker burda s nedi? Ve ya ç
s. st. = Su stəkanı (200qram)
ç. st. = çay stəkanı (100 qram)
1.5 s. st. isə yani 300 qr.