Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şahzadə Tortu – Rəna Xanım Resepti, Şahzadə Tortu – Rəna Xanım Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Şahzadə Tortu – Rəna Xanım

Son yenilənmə tarixi 07/12/2023 by Leyla Xanım

sahzadetortu

reklam



Ərzaqlar:

Biskvit üçün:
5 yumurta
1 s. st. şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil
1,5 s.st.un

Krem üçün;
3 s. st.süd
3 x/q un
5 x/q şəkər tozu
1 p.vanil
1ç./q. marqarin

Sirob üçün:
1 s. st.su
2 x/q şəkər tozu
Bezemek üçün:
1 s. st.kokos
2 banan
1 s.süd (krem şanti üçün)
1 p. krem şanti

Zövqə görə  istədiyiniz mürəbbə


Hazırlanması:

Keksi hazırlamaq üçün yumurta və şəkəri ağaranadək çalın.İçinəqabartma tozu qatılmış unu və vanilyanı əlavə edib yavaşca qarışdırın.Hazırladığınız bu xəmiri  yağlanmış duxovkanın listinə(yağlı kağızda sərə bilərsən) tökün.180 dərəcədə üstü bir az qızarana qədər bişirin.

Kremi hazırlamaq üçün vanil və marqarindən başqa bütün erzaqları qazana töküb qaynadın. Qaynamaya başlayınca ocaqdan alıb içinə marqarin vəvanili əlavə edərək mikserlə 5 dəqiqə çırpın.

Su və şəkəri qaynadıb soyudun.

Krem şantiyi üzərində yazdığı kimi soyuq südlə qarışdırıb mikserle çalın.

Bananları dilimləyin.Kokosu geniş bir qaba boşaldın.

Soyuyan keksi 1su stəkanı ile yumru kesin(kvadrat şəklində də kəsə bilərsiniz). Kəsilən keksləri sirobla isladın. İslanmış kekslərin üzərini  bişirdiyiniz kremlə kremləyin. Üzərinə 1  keks dilimi qoyaraq onuda sirobla isadın. Keksin əvvəlcə kənarlarını krem şanti ile kremlə və kokosa batır. Üzerini heç keks görünməyəcək şəkildə krem şanti ilə kremləyib kokos sərpəlim.Hamısını bu şəkildə bitənə qədər bavam edin.2 saat soyuducuda saxladıqdan sonra  şahzadə tortunuz servisə hazırdır.Süfrəyə verdiyinizdə üstünü zövqə görə mürəbbə ilə bəzəyə bilərsiniz. Nuş olsun.

Qeyd: Bu resepti istəsəniz tort qabındada bişirib bəzəyə bilərsiniz.

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani