Son yenilənmə tarixi 18/08/2023 by Leyla Xanım
Ərzaqlar:
1 paket marqarin
1 su stəkanı pudra şəkəri
1 yumurta sarısı(ağını ayır)
1 paket qabartma tozu
Aldığı qədər Un
Üzəri üçün:
Ayırdığınız yumurtanın ağı
qırılmış fındıq
Hazırlanması:
Otaq temperaturundakı marqarini, pudra şəkərini,yumurtanın sarısını,qabartma tozunu və unu qarışdıraraq xəmir yoğurun.Xəmir nə bərk olacaq,nə də yumşaq olacaq.Çünki bərk xəmirin qurabiyəsi sərt olacaq, yumşaq olursa da qurabiyə şəklini itirəcək.(yağlı olduğu üçün əriyəcək)
Hazırlasığınız qurabiyələri əlinizdə yuvarlayaraq əvvəlcə yumurta ağına sonra da qırılmış fındıq qırıntılarına bulayın.(sadəcə üz tərəfini)
180 dərəcədə üzəri azacıq qızardığı zaman bişmiş deməkdir.Bir az duxovkada durduqdan sonra bərkiyəcək.NUŞ OLSUN.
QEYD: Un təxminən 600 qr yetərli olur.Amma yenədə siz əlinizdə xəmirin çoz yağlı olmamasına diqqət edin. Doğrudan da çox-çox asan qurabiyədir.Bir dəfə bişirdikdən sonra əliniz alışacaq.
Pudra şəkəri yerinə şəkər tozu da istifadə edə bilərsiniz.Pudra şəkəri vəya şəkər kirşanı adına nə deyirsiniz deyin evdə hazırlamaq üçün ən asan yolunu sizə “RESEPTLER.COM – Rəna xanım” olaraq söyləyim.
şəkər tozunu kofe molkaya töküb çəkirsən 2 dəqiqə sonra pudra şəkərin hazırdır.
Mən marketdə satılanlara çox e’timad etmirəm içinə ferqlişeylər qatıldığı söylənir,üstəlikdə bahadır.
fındıq yerine qoz, fıstıq da istifadə edə bilərsiniz.
Pudra sekeri ne