Son yenilənmə tarixi 19/11/2023 by Leyla Xanım
Ərzaqlar:
Xəmiri üçün:
2 su st. un
1 yumurta
duz
su
iç xərci üçün:
250-300 qr. qiymə
1 ədəd soğan
duz, istiot
zövqə görə keşniş və ya şüyüd
Hazırlanması:
Xəmir üçün olan ərzaqlar qarışdırılıb yumşaq ələ yapışmayan bir xəmir yoğrulur.
Üzəri nəm bir dəsmalla örtülərək 5-10 dəqiqə dinlənməyə qoyulur.
Qiymənin içinə sürtgəcdən keçirilmiş soğan və duz istiot və göyərti qatılaraq hazırlanır.
Xəmirdən kündələr hazırlayaraq yayın.
Yaydığınız yuxanı plastik qapaqla yuvarlaq kəsərək içinə hazırladığınız etli qarışımdan qoyub yarım ay şəklində bükülür. Sonra uclarından bir-birinə yapışdırılaraq şapka şəklinə salınır.
Hazırlanan bu düşbərələr unlanıb(yapışmaması üçün) siniyə yığılır.
Qazanda su qaynadılır.Qaynayan suyun içinə bir çay qaşığı duz, 2 xörək qaşığı kərəyağı və bir xörək qaşığı qurumuş keklikotu yarpağı tökülür.Suyun içinə unu silkinmiş düşbərələri tökün.
10-15 dəqiqə qaynadıqdan sonra düşbərəniz hazırdır. NUŞ OLSUN
QEYD: Bu reseptdə düşbərəni yuvarlaq kəsdik. Amma istərsəniz bildiyimiz hər zamankı şəkildə kbadrat da kəsə bilərsiniz.Kvadrat kəsdiyiniz zaman əvvəlcə ortadan iki ucu birləşdirilir, sonra kənarları birləşdirilərək şapka şəklinə salınır.
Zövqə görə suyuna sarıkök və ya keklikotu yarpağı sevməyənlər nanə və ya istədiyiniz göyərtidən tökə bilərsiniz.
Yenə zövqə görə sarımsaqlı sirkə ilə və ya sarımsaqlı qatıq ilə yeyə bilirsiniz.
Mənbə : Cahidejibek.com