Son yenilənmə tarixi 13/09/2023 by Leyla Xanım
Ərzaqlar:
1 kq sümüklü mal əti
2 böyük pomidor
3 böyük baş soğan
5 diş sarımsaq
4/3 st. düyü
göy alça
3-4 ədəd xiyar turşusu
Qırmızı istiot
keşniş və ya cəfəri
Ədviyyat:
2 xörək qaşığı xmeli-suneli*
Zəfəran
2-3 ədəd dəfnə yarpağı
Qara istiot
Hazırlanması:
Əti 2,5 saat qaynadın. Kəfini yığın. Düyünü yuyub suda isladın. Zəfəranı duzla əzin (bir xörək qaşığı qədər), sonra üzərinə qaynar su tökün.
Bitki yağında soğanı şəffaf olana qədər qızardın, doğranmış qırmızı istiot əlavə edin. Qabığı soyulub doğranmış pomidor, qara istiot, duz töküb qızardın, 2 çömçə bulyon əlavə edin. 7-9 dəqiqə bişirin.
Quru tavaya qoz töküb azca qurudun. Sonra həvəngdəstədə döyün. Ət 2,5 saat qaynayandan sonra çıxarıb doğrayın. Bulyonu tənzifdən süzüb ətə əlavə edin. Qızartdığınız tərəvəzləri, düyünü, isladılmış zəfəranı, dəfnə yarpaqlarını əlavə edin. Düyü bişəndən sonra qoz və xmeli-suneli əlavə edin. Sarmsağı əzin, göyərtini doğrayın və şorbaya əlavə edin. Qarışdırıb tkemali tökün. Duzunu yoxlayın, dəfnə yarpaqlarını çıxarın. Xiyar turşusunu doğrayın tökün. Qazanın qapağını örtün. Ocağı söndürüb 15-20 dəqiqə şorbanın “özünü tütmasını” gözləyin. Sonra süfrəyə verə bilərsiniz.
*Qeyd : Xmeli-suneli olmasa evdə olan ədviyyatlardan tökəbilərsiniz.
Milli.Az
Bu gurcu yemeyidi. Biz bunnan tez tez bisiririk)
ele bi yemek?
Xeyir. Sağ tərəfdən fərqli yeməklərə də baxabilərsiniz.
indi bisirecem