Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qazan Kotleti Resepti, Qazan Kotleti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qazan Kotleti

Son yenilənmə tarixi 21/11/2023 by Leyla Xanım

qazankotleti

reklam



Ərzaqlar:

500qr. qiymə
2 ədəd soğan
4 ədəd kartof
2 ədəd dolmalıq bibər
3 ədəd pomidor
Zövqə görə
reyhan,kişmiş,şüyüd
duz,istiot
100 qr.kərəyağı
yarım çay stəkanı su


Hazırlanması:

Soğanı sürtgeçdən keçirib qiymənin içinə qatın. Duz, istiot da əlavə edərək qiyməni yaxşıca yoğurun.(çox yoğurduğunuz zaman kotletler dağılmır)
Yoğurduğunuz qiyməyə istədiyiniz şəkli verərək qazanın dibinə düzün.
Üzərinə halqa-halqa doğradığınız kartofları düzün. Duz səpin.
Üzərinə pomidor və bibərləri halqa şəklində doğrayın.
Kərəyağını və suyunu da töküb ağzını örtərək orta atəşdə bişirin.
Yeməyimiz suyunu çəkib eyni zamanda da suyunu verdikdən sonra bişmiş deməkdir.
Bıçaqla kartofun bişib-bişmədiyini yoxlaya bilərsiniz.
isti yeməyin üzərinə doğranmış göyərtini tökərək süfrəyə verə bilərsiniz. NUŞ OLSUN.

QEYD: Kərəyağının yerinə duru yağda istifadə edə bilərsiniz.

qazankotleti2


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani