Son yenilənmə tarixi 03/11/2023 by Leyla Xanım
Ərzaqlar:
750 qr. un
150 qr. mayonez
2 yumurta (1-nin sarısını ayır )
yarım çay stəkanı duru yağ
yarım çay qaşığı sarıkök
1 çay qaşığı duz
1 x/q.quru maya(droj)
yarım çay st. ilıq su(droju islatmaq üçün)
İç xərci üçün:
250 qr. qiymə
1 ədəd soğan
1 ədəd pomidor
1 ədəd dolmalıq bibər
duz istiot
Hazırlanması:
Unu ələyib içinə duz və sarıkökü səpələyin. Ortasını açıb içinə duru yağı,mayonezi, yumurtanı qoyub unun ortasında qarışdır.(unu qarışdırmadan) Stəkanda ilıq suyun içində droju isladın. Unun içindəki yumurtalı qarışımın üzərinə töküb yumşaq bir xəmir yoğurub üzərini nəmli bir dəsmal ilə örtüb isti bir yerə qoyun.
Qiyməli xərci hazırlamaq üçün duru yağda qiyməni qovurmağa başlayın. Üzərinə sürtgeçdən keçirilmiş soğanı sırasıyla bibəri, pomidoru duzunu,istiotunu töküb qovurun.
Xəmir acıdıqdan sonra 20 kündəyə bölün. Kündələri əlinizlə açıb içinə bir qaşıq qiymə qoyub bükün.
Yağlanmış siniyə düzüb üzərinə ayırdığınız yumurta sarısını sürərək 200 dərəcədə üzəri qızarana qədər bişirin.
NUŞ OLSUN.