Son yenilənmə tarixi 02/10/2023 by Leyla Xanım
Ərzaqlar:
3-4 ədəd kartof
1,5 x/q. un
1ç./q. qarğıdalı nişastası
1 paket qabartma tozu
duz
Qızartmaq üçün:
Duru yağ
Hazırlanması:
Kartoflar soyulub, yuyulur. Yaxşıca qurulanıb incə dilimlər şəklində doğranır. Üzərinə un,nişasta, duz və qabartma tozu əlavə edilib yaxşıca qarışdırılır. Tavada duru yağ qızdırılır və kartoflar isti yağın içinə atılır. Ara sıra qarışdırılaraq qızardılır. Toyuq və ət yeməklərinin yanında çox gözəl olur.NUŞ OLSUN.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
Nisata atmasam yaxsi alinar?
cox dadlidir superrrrrrrr
Nisasta atmasam dadina ziyan olmaz ???zehmet deyilse cavabi tevili yazin …nisastasi pis olar??
Pis olmaz xeyir.
men anam ucun resepti oyrendimi indi o hazirlayacaq