Son yenilənmə tarixi 18/08/2023 by Leyla Xanım
Ərzaqlar:
1 paket marqarin
2 s. st. şəkər
1 ç. st. duru yağ
2 yumurta (bir yumurtanın ağını ayır)
1 ç. st. fındıq(ezilmiş)
1 paket qabartma tozu
yarım paket vanil
Aldığı qədər un
Hazırlanması:
Duru yağ ilə marqarin əl mikseri ilə qarışdırılır. İçinə şəkər və yumurta əlavə edib təkrar qarışdırılır. Darçın, un, qabartma tozu və vanil tökərək ələ yapışmayana qədər yoğurun.Şəkildə gördüyünüz kimi yumru şəkil verərək əvvəlcə yumurtanın ağına sonra da ezilmiş fındıq qırıntılarına batıraraq yağlanmış və ya yağlı kağız sərilmiş duxovkanın listinə aralıqlı bir şəkildə düzün. 170 dərəcədə 30-35 dəqiqə bişirin.NUŞ OLSUN.
QEYD:Mən marqarini çox sevmədiyim üçün təxminən 100 qram qatdım.Ama yene çox gözel, dadlı oldu.Unu az olmasın yoxsa istediyin nəticə alınmaz.Zövqə görə içinə də fındıq qata bilərsən.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
twkler yazdim resepti bisirecem
ela.chox beyendim
dadli idi
Marqari nedir?)))
Marqarin bitkisəl bir yağ növüdür. Məsələn “Sana”.
2 s.st 2stekan demekdirse bes 1c.st. nedir? Onlari izah edin de mene?
ç.st : çay stekanı yani armudi stekan. 100qr nezerde tutulur.
su stekan : 200qr
bu miqdardan nece peceniye cixir birde 100qram kere istifade etmek olar
Beli, olar. 100qr’dan texminen 20 dene çıxabiler.
Dadlı idi .çox sağ olun???