Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Yerkökü Şirniyyatı Resepti, Yerkökü Şirniyyatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Yerkökü Şirniyyatı

Son yenilənmə tarixi 06/01/2024 by Leyla Xanım

yerkokusirniyyati

reklam



Ərzaqlar:

0,5 kq. yerkökü
1 s. st. şəkər
2 paket sadə peçenyə kokos


Hazırlanması:

Yerkökü  soyulub  sürtgəçdən keçirilir.Bir qazana qoyub üstünə şəkər tozu töküb təxminən 20 -25 dəqiqə  öz suyunda ara sıra  qarışdırılaraq  bişirilir.Halva kimi olana qədər  bişirin, ama qaraldıb yandırmayın.Rəngi yerkökü rəngindən azacıq tünd qəhvə rəng olacaq.(şəkildə  göründüyü kimi) Hazırlanan bu qarışımın içinə nazik peçenyələri əlinizlə əzərək (vəya  blenderden  )   qarışdırın.Peçenyeləri qarışdırırdığınız zaman əlinizə yapışmayana qədər əlavə edin.Bu qarışımın içinə zövqə görə qoz və ya fındıq da qata bilərsiniz.Qarışımdan  əlinizdə qoz böyüklüyündə  toplar düzəldərək  kokosa bulayın.Yerkökü şirniyyatınız hazırdır. NUŞ OLSUN!

QEYD: ərzaqda yazmadım,ama isterseniz qoz, fındıq da əlavə edə bilərsiniz.Dadı o zaman daha da gözəl olur.Qozu ən sonda   hazır olduğu zaman əlavə edin və 3 – 4 dəqiqə qovurub ocaqdan alın.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani