Son yenilənmə tarixi 05/10/2023 by Leyla Xanım
Ərzaqlar:
7-8 hamburger çörəkciyi
1 dəstə ispanaq
200 qram beşamel sousu
150 qram dilimlənmiş holland pendiri
5 dilimlənmiş pomidor
4 dilimlənmiş yaşıl bibər
Dolma üçün
250 qram doğranmış ispanaq
1 baş quru soğan
150 qram əridilmiş yağ
Duz
Qara bibər
İçi üçün
1 baş quru soğan
200 qram döyülmüş quzu əti
4-5 incə doğranmış göbələk
1 qırmızı bibər
1 yaşıl bibər
1 xörək qaşığı alça turşusu
150 qram əridilmiş yağ
Duz
Qara bibər
Hazırlanması:
Əvvəlcə tavaya yağ tökərək ispanaq və soğanı qovurun. Hamburger çörəkciklərinin içini ovun, oraya ispanağı, soğanı əlavə edin. Döyülmuş quzu ətini tavada suyu çəkilənə qədər qovurun, soğan, pomidor və bibərləri əlvə edərək qovurmağa davam edin. Ət tam bişəndən sonra hamburger çörəkciklərinin içinə doldurun.
Daha sonra çörəkciklərin üzərinə ovulmuş holland pendiri, beşamel sousu və kərə yağında qızardılmış göbələkləri əlavə edin.
Milli.az
Cox gozel yemek reseptleri var. Bu reseptleri sekillere hazirlamasi gosterilse lap yaxsi olar