Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qarğıdalı Piroqu Resepti, Qarğıdalı Piroqu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qarğıdalı Piroqu

Son yenilənmə tarixi 14/09/2023 by Leyla Xanım

qargidalipiroqu

reklam



Ərzaqlar:

600 q qarğıdalı konservi
200 q hisə verilmiş toyuğun döş əti
3 dilim buğda çörəyi
600 q suxarı
3 x.q. sürtgəcdən keçirilmiş pendir
1 baş soğan
4 x.q. kərə yağı
2 x.q. un
125 q süd
1 yumurtanın sarısı
xardal
qırmızı istiot
1/4 ç.q. şəkər tozu
1 ç.q. duz


Hazırlanması:

Qırğıdalının suyunu boşaldın. Toyuğun döş ətini kubik doğrayıb yağla birlikdə tavaya tökün. Yağ əriyənədək qızardıb sobanın sinisinə qoyun.

Sous üçün soğanı doğrayıb yağda qızardın. Unu tavaya töküb vam odda qurudun. Sonra soyudub üzərinə süd tökün. Duz, xardal, qırmızı istiot, şəkər tozu əlavə edib 5 dəqiqə qaynadın. Yumurtanın sarısını çalıb sousu qarışdıra-qarışdıra ona əlavə edin. Çörək dilimlərinin qabığını çıxarın, içini kubik doğrayın, 1 ç.q. yağda qızardın, qarğıdalı və sousla qarışdıraraq siniyə, toyuq ətinin üzərinə tökün. Suxarını pendir və qarğıdalı ilə qarışdırıb bunun üstünə səpin, kərə yağından bıçaqla bir neçə dilim kəsib adda-budda yerləşdirin. Sobada 220 dərəcə istidə qızılı rəng alana qədər bişirin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani