Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Çəhrayı Keks Resepti, Çəhrayı Keks Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Çəhrayı Keks

Son yenilənmə tarixi 26/07/2023 by Leyla Xanım

cehrayikeks

reklam



Ərzaqlar:

Keks üçün:
4 yumurta
6 x/q.şəkər tozu
1 ç.stəkanı süd
1 ç.st.duru yağ
1 paket vanilya
1 paket qabartma tozu
1 ç. st. kakos
1 su st. un
Üzəri üçün:
1 su st. gilənar suyu(vişnə)
2 x./q.şəkər tozu


Hazırlanması:

Yumurta və şəkər tozunu ağaranadək 3-4 dəqiqə çırpın. Üzərinə duru yağı və südü əlavə edin. Qarışdırın. Kakosu, vanilya və qabartma tozu qarışdırılmış unu da əlavə edib qarışdırın.Yağlanmış və unlanmış keks qabına töküb 170 dərəcədə üzəri qızarana qədər 25-30 dəqiqə bişirin. Bişən keksinizi duxovkadan çıxarıb üzərinə Gilənar suyunun (meyvə suyu) içinə 2 xörək qaşığı şəkər tozunu qarışdırıb duxovkadan çıxartdığınız isti keksin üzərinə tökün. Təkrar isti duxovkaya qoyun. 15-20 saniyə duxovkada meyvə suyunu içinə çəksin.
Süfrəyə ayrıca üzəri üçün zövqə görə sous və ya krem hazırlaya bilərsiniz.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani