Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Piti Resepti, Piti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Piti

Son yenilənmə tarixi 02/09/2023 by Leyla Xanım

pitiyemeyi

reklam



Ərzaqlar:

1 kq.qoyun əti
100-150 qr.quyruq
200 qr.noxud
4 ədəd kartof
4 ədəd soğan
Alça turşusu
Zəfəran (yay vaxtı pomidorla əvəz olunur)
Nanə
İstiot
Duz


Hazırlanması:

Pitinin hər payına 50-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat isti suda isladılır.
Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər.
Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof,iri doğranmış soğan, quru turşu, duz və zəfəran tökülüb
hazır olana kimi bişirilir.
Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir.
Yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.

QEYD: Piti Azərbaycanın milli yeməyidir. Şəkiyə aid bir yeməkdir. Xüsusi gil qablarda bişirilir. Amma biz çox zaman onu evdə qazanda bişiririk. Eyni dadı vermir. Amma artıq gil qabları hər yerdə vardır. bunu evdə duxovkada siz də hazırlaya bilərsiniz. Dadı çox ləzzətli olur.
Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani