Son yenilənmə tarixi 02/08/2023 by Leyla Xanım
Ərzaqlar:
1 ədəd hazır keks (marketlərdə satılır)
1 paket krem şanti
1 paket pudinq
Üzəri üçün zövqə görə:
şokolad, meyvə ,marmelad və s.
Hazırlanması:
Təcili gələn qonaqlar üçün, körpə uşaqlı və ya çalışan qadınlar üçün çox asan 15 dəqiqədə hazırlanan bir tort reseptidir.Pudinq və krem şanti üzərlərində yazıldığı kimi hazırlanır.Marketdən aldığınız hazır keksi ayırıb hər iki parçanın da içini südlə yumşaldırsınız.Pudinq tortunarasına tökülür.Keksin ikinci parçası da üzərinə qoyulub krem şanti ilə üstünü kremləyin.Üstünü istediyiniz şəkildə şokoladla, marmeladla və ya meyvələrlə bəzəyə bilərsiniz. NUŞ OLSUN.
QEYD:Hazır pudinq və ya hazır krem şanti olmasa siz bu tortu yenə də asanlıqla hazırlaya bilərsiniz. Çünki Reseptler.com da həm tort kremləri, həm də pudinq reseptleri vardır.:)
Reseptler.com
ben saloatlardan xosum gelir kimin guzel salat resepi varsa lutfen bana gonderin
superrrr eladir heqeten cox yaxsidir dadinadaki soz ola bilemez
🙂
harikaaaaaaaaaaaaa
supeeeeeeeeeeeeeeeeeeeeeeeeer