Son yenilənmə tarixi 17/11/2023 by Leyla Xanım
Ərzaqlar:
250 qr. qoyun əti
1 ədəd soğan
250 qr. şabalıd
100 qr.albuxara
0,5 ç. q.limon turşusu
0,5 ç.q duz
0,5 ç. q.istiot
0,5 ç. q. sarıkök
Hazırlanması:
Şabalıdın qabığını çərtib 5 dəqiqə suda bişirin, əti yuyub 25 -30 dəqiqə bişirin.Albuxaranı 3 -4 dəqiqə suda saxlayıb suyunu boşaldın.Şabalıdın suyunu süzüb qabığını soyun.Soğanı halqa şəklində doğrayıb yağda qovurun, əti üzərinə əlavə edib qızardın.
Ayrı bir tavada yağ və ətin suyundan töküb üzərinə şabalıdları və sonra da albuxaranı qovurun.
Bunu da ətlə soğanın üzərinə tökün.
Stəkana limon turşusu sarıkök, duz və yarım stəkan suyu töküb qarışdırın və ətin üzərinə tökün.
Təxminən yarım saat vam odda bişsin, plov üstü turşu qovurmanız hazırdır. NUŞ OLSUN!
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!