Son yenilənmə tarixi 26/11/2023 by Leyla Xanım
Ərzaqlar:
1 paket kakaolu peçenyə
2 -3 ədəd banan
1 ç. st. qoz ləpəsi
zövqə görə şokolad sousu
üzəri üçün;
kokos
Hazırlanması:
Peçenyələri (qəletleri) toz kimi olana qədər ya blenderde yada əlinizlə əzin. İçinə xırda doğranmış bananları qoz ləpəsini əlavə edib yaxşıca qarışdırın. Sonra əlimizdə qoz böyüklüyündə toplar hazırlayırıq.Şokolad sousunu üzərində yazdığı kimi hazırla.Ama mən reseptler.com. da şokolad sousunu evdə hazırlamanız üçün resept yazmışam.Hazırladığınız topları kokosa bulayaraq üzərlərinə şokolad sosunu tökün. NUŞ OLSUN!
QEYD: Uşaqların çox sevdiyi bir şirniyyatdır. İstərsəniz əvvəlcə şokolada batırıb sonra kokos səpə bilərsiniz.Ama şokolad sosu olmadan da hazırlaya bilərsiniz, yenə də gözəl olur.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
salam.Men napaleon tortunun reseptinin sehifesinde sual vermisdim cavab almadim.mumkunse ev usulu ile jelenin hazirlanma qaydasini deyerdiz.bu reseptde cox gozeldi.mutleq hazirlayacam