Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ad Günü Tortu Resepti, Ad Günü Tortu Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Ad Günü Tortu

Son yenilənmə tarixi 01/01/2024 by Leyla Xanım

adgunutortu

reklam



Ərzaqlar:

Biskvit üçün:
4  yumurta
1 s. st. şəkər
1 s. st. un
2 x/q. nişasta
0,5 ç.st. isti su
1 paket vanilya

Kremi üçün:
1 paket vanilyalı pudinq
3, 5 s.st. süd
1 paket krem şanti

Üzəri üçün:
Banan,kivi,şaftalı çiyələk , ananas və s.
0,5 paket  meyvə jelesi
1 paket krem şanti
1 s. st. süd


Hazırlanması:

Yumurtaların sarısını və ağını ayırın. Yumurtanın  ağını mikserlə ağaranadək çalın.Digər  tərəfdə isə  yumurtanın sarısını, şəkəri və isti suyu çalın.Sonra içinə qabartma tozu ələnmiş unu, nişasta və vanilyanı əlavə edirik.Sonda yumurta ağını da əlavə edib qarışdırılır.Yağlı kağız sərdiyimiz qabın içinə bu qarışımı tökün.isinmiş sobada 180 dərəcədə 15 -20 dəqiqə bişirin.Siz də  üzərində yazdığı kimi pudinqi hazırlayın.Soyuduğu zaman içinə krem şantiyi əlavə edin. Krem şantini də soyuq südlə mikserlə çırparaq hazırlayın.(üzərində hazırlama qaydası var)  Soyuyan keksi 3 -ə bölün.Alt parçanı nimçəyə alın və südlə isladın. Krem sürün.İstvdiyiniz meyvələri düzün.Hər qatı bu şəkildə bəzəyin.Jelenin də üzərində hazırlama qaydası var.Sonda meyvənin üzərinə   töküb parlaqlıq verə bilərsiniz.Meyvəli tortunuz hazırdır.NUŞ OLSUN.

QEYD: İsti suyu tökdüyünüz zaman diqqətli olun yumurtanı bişirməyin.(Su qaynar olmasın)

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

13 Yorum

  1. guncicek dedi ki:

    men napaleon tortunun resepti sehifesinde,wokaladli bananli toplar sehifesinde sual vermisem .amma cavab almiram.balli tortun reseptine baxdim.terkibine 3x.q bal gedir.hazirlanmasinda ise bal yoxdu.men sizin yazdiginiz usulla biwirdim alinmadi.xahiw edirem ki,hazirlanma qaydasini duz yazasiz

    • Reseptler.com dedi ki:

      Arada səhv getmişdi düzəlttik. Təşəkkür edirik xatırlatdığınız üçün. Jele resepti 1-2 gün içində sayta əlavə olunacaq. Reseptler.com ‘dan baxabilərsiniz.

  2. ramide dedi ki:

    superrrrrrrrrrrrrrrrrrrrr

  3. Sevinc dedi ki:

    salam su stekani ve cay stekani nece ferqlenir ??

  4. zeyneb dedi ki:

    salam,men bisirdim keks evvelce qeseng qabarisdi,ama sonra yatdi,niye?

    • Reseptler.com dedi ki:

      İlk 20 deqiqə sobanın ağzını qətiyyən açmaq olmaz. Bir de ki un qarışımını qattığınız zaman çox qarışdırmamalısınız.

  5. guzellik dedi ki:

    salam buradaki reseptleri cox sevirem ve isteyirem ki davamida gelsin ancaq bu tort reseptini hazirlamaa isteyir anam yeni sizden sorusmaq istediyim resept deqiq duzdur?

  6. Günay dedi ki:

    Çox gözəldi.Bişirdim 🙂

  7. Guler dedi ki:

    Napolion tortunun resepini isteyirem

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani