Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Gül Qutabı Resepti, Gül Qutabı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Gül Qutabı

Son yenilənmə tarixi 12/09/2023 by Leyla Xanım

Gul Qutabı

reklam



Ərzaqlar:

550 q un
200 ml isti süd
110 q kərə yağı (100 q xəmir üçün, 10 q iç üçün)
7 yumurta (2 çiyi xəmirə, 4 bişmişi – içə, 1-i üstünə çəkmək üçün)
15 q maya
0,5 ç.q. duz
3 ç.q. şəkər duzu
1 baş soğan
100 q bərk pendir
1 dəstə şüyüd


Hazırlanması:

İsti südə yumşaldılmış yağ, yumurta, duz, şəkər tozu, un və maya əlavə edib xəmir yoğurun. Sonra özünə gəlməsi üçün isti yerə qoyun. İç üçün: soğanı doğrayın, kərə yağında qızdırın, xırdalanmış yumurtaları, sürtgəcdən keçirilmiş pendiri və xırda doğranmış şüyüdü əlavə edin.

Xəmiri yayın. Fincanın köməyilə dairələr kəsin. Hər dairəni kənarından 3 yerdən çərtin. İçi dairənin ortasına qoyub kənarları elə bükün ki, üstü açıq qalsın (gülə oxşayacaq). Siniyə perqament kağız qoyub qutabları üstünə düzün, üzərinə yumurta çəkib sobada 200 dərəcə Selsidə bişirin.

Milli.az

 


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. karalina dedi ki:

    cok eladi . bisirdim super oldu tesekkur

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani