Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Fincan Kətəsi Resepti, Fincan Kətəsi Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Fincan Kətəsi

Son yenilənmə tarixi 04/10/2023 by Leyla Xanım

fincanketesi

reklam



Ərzaqlar:

(4 nəfər üçün)

2 st. un
1 st. ilıq su
1 yumurta
duz
500 q çuğundur yarpağı
1 soğan
2 x.q. kərə yağı
istiot
duru yağ


Hazırlanması:

Unu ələyin. Ortasında çala açaraq duz tökün. Az-az ilıq su əlavə edərək yoğurun. Sonra yumurta əlavə edib yoğurmağa davam edin. Xəmiri dörd yerə bölüb üzərinə un səpin. Üzərinə yaş dəsmal sərib 30 dəqiqə gözləyin. Çuğundur yarpağını yuyub doğrayın. Kərə yağını bir tavada əridib xırda doğranmış soğanı qovurun. Çuğundur yarpağını əlavə edin. Suyu quruyana qədər qarışdıraraq bişirin. Duz, istiot vurub ocaqdan götürün. Kündələri yayın. Yuxanın yarı hissəsinə aralı-aralı içlik qoyun. O biri yarısını üzərinə qatlayın. Sonra bir fincan götürərək içlik olan yerlərə toxunmadan xəmiri kəsin (içlik fincanın altında qalmalıdır). Bol yağda qızardın.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani