Son yenilənmə tarixi 21/12/2023 by Leyla Xanım
Ərzaqlar:
12 ədəd kakaolu peçenyə
Pudinqi üçün:
4 su st. süd
2 x/q. nişasta(kraxmal)
2 x/q. un
4 x/q. şəkər tozu
1 yumurta
1 paket vanilya
2 x/q. kakos
Çiyələk sousu üçün:
300qr.çiyələk(təmizləyib püre halına gətir)
4 x/q.şəkər tozu
1 x/q. nişasta
Hazırlanması:
Hər stəkanın dibinə 2 peçenyəni əzib qoy. Pudinqini hazırlamaq üçün:
Südü, şəkər tozunu və yumurtanı qazana qoyub çal. Üzərinə nişastanı, unu və kakosu da əlavə edib qarışdıraraq qaynayana qədər bişirin. Qaynadığında vanilyanı da əlavə edib qarışdırın.Hazır olan bu pudinqi isti stəkanlardakı peçenyələrin üzərinə tökün.
Çiyələk sousunu hazırlamaq üçün:
Çiyələk püresini, şəkər tozunu və nişastanı qarışdıraraq bişirin. Bu sousu da pudinqinizin üzərinə əlavə edin. Zövqə görə üzərini xama və ya krem şanti ilə, doğranmış çiyələk və yarpağı ilə bəzəyə bilərsiniz.
NUŞ OLSUN.
QEYD: Mən stəkanlarda hazırladım. Zövqə görə istədiyiniz qablarda hazırlaya bilərsiniz.
eladi