Son yenilənmə tarixi 07/10/2023 by Leyla Xanım
Ərzaqlar:
Xəmiri üçün:
2 ədəd yumurta
1 su stəkanından1 barmaq az şəkər tozu
1 s.st.duru yağ
9 xörək qaşığı un
1 paket vanilya
1 paket qabartma tozu
1 limon qabığı rəndəsi
Kremi üçün:
bananlı hazır pudinq
3 stəkan süd
Üzəri üçün:
qırılmış fındıq
İçi üçün:
1 portağal
1 banan
2 kivi
Hazırlanması:
Şəkər tozu və yumurtanı mikserdə çırpın.Sonra xəmir üçün olan digər ərzaqları əlavə edib qarışdırın.Yağlanmış siniyə töküb bişirin.Bişmiş bikviti ortadan ikiyə bölün.Digər tərəfdə də qazana 3 stəkan südü və hazır bananlı pudinq paketini südün üzərinə boşaldıb qatılaşana qədər bişirin.Meyvələri dilimləyib hazırlayın.
Soyumuş biskvitin üzərinə qarışdıraraq soyutduğunuz(üzəri qabıq bağlamaması üçün)pudinqli krema qarışımını tökün.
Üzərinə halqa şəklində doğradığınız meyvələri düzün.
Digər biskvit parçası ilə üzərini qapatın.
Qalan kremi üzərinə sürün.
Sonda üzərinə fındıq qırıqları sərpin. Afiyət olsun.
Cox az bir zamanda hazırlana bilən Yeni ilə yaraşan gözəl və zərif bir tort süfrənizi bəzəyəcəkdir.
QEYD: Keki çox bişirməyin . Qızarmadan çıxarın.Qurumasın. Həmdə ağappaq və yumuşacıq olsun .İstədiyiniz meyvələrlə hazırlaya bilərsiniz.(ananas,vişnə,çiyələk və s.)
Sadəcə bananla da hazırlanır.
Reseptler.com