Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Blinçikli Kabab Resepti, Blinçikli Kabab Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Blinçikli Kabab

Son yenilənmə tarixi 15/09/2023 by Leyla Xanım

blinciklikabab

Reseptler.com – Rəna xanım

reklam



Ərzaqlar:

Blinçik xəmiri üçün:
2 yumurta
2 su stəkanı süd
2 su stəkanı un
duz

İçi üçün:
300 qram qiymə
1 ədəd quru soğan
2 x/q. duru yağ
holland pendiri
1 dəstə şüyüd
duz
zövqə görə ədviyyat( nanə qurusu, qarabibər,qırmızı toz bibər və s.)


Hazırlanması:

Blinçik üçün lazım olan ərzaqları bir qabda yaxşıca qarışdırın.( istər mikserlə, istərsən çırpıcı ılə )
Blinçik tavasına yarım çay qaşığı duru yağ gəzdirib hazırladığın qarışımı bir kiçik çömçə ilə yayırsan.
(Tava çox isti olmalıdır) Blinçikin hər iki tərəfini qızardırsan.
Digər yanda da qiyməli içi hazırlayın. Qiyməni tavaya töküb suyu çəkilənə qədər qarışdıra-qarışdıra qovurun.
Suyu çəkildikdən sonra üzərinə duru yağı və sürtgəçdən keçirilmiş soğanı əlavə edin. Qovurun.
Qovrulmuş bu qarışımı ocaqdan alıb üzərinə doğranmış şüyüdü və ədviyyatları əlavə edin.
Hazırladığınız blinçiklərin içinə bu qiyməli qarışımdan qoyub üstünə də sürtgəçdən keçirilmiş holland pendirindən qoyub rulet kimi bükün. Sonra bu ruletleri şəkildə gördüyünüz kimi dilimləyin.
NUŞ OLSUN.
QEYD: Reseptler.com. da blinçik reseptleri vardır.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani