Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qiyməli Spaqetti (Vermişel) Resepti, Qiyməli Spaqetti (Vermişel) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Qiyməli Spaqetti (Vermişel)

Son yenilənmə tarixi 26/11/2023 by Leyla Xanım

qiymelispaqetti

Rəna xanım – Reseptler.com

reklam



Ərzaqlar:

1 paket uzun spaqetti (vermişel)
200 qram qiymə
2 pomidor
1 x/q. tomat
1 baş soğan
sarımsaq
duz
zövqə görə istədiyiniz ədviyyatı əlavə edə bilərsiniz.
(Nane qurusu,qırmızı biber tozu,qarabibər,)

Hazırlanması:

Suyu qaynadın, içinə duz əlavə edin. Qaynayan suya spaqettileri tökün. İstəyə görə bütün də tökə bilərsiniz və ya ikiyə bölüb də bişirə bilərsiniz. 10-15 dəqiqə qaynatdıqdan sonra süzün.
Spaqettiler qaynayana qədər sosunu hazırlayın.
Tyorkadan keçirdiyiniz pomidorları tavaya alın. Üzərinə duz əlavə edib bir az bişirin. Sonra tomatı əlavə edib qarışdırın.
Ayrı bir qabda qiyməni, ədviyyatı, soğanı sarımsağı qataraq yoğurun. Bu qarışımı yumru top şəklində hazırlayıb yağda qızardın.
Qızarmış bu qiyməli topları yağı ilə birlikdə bişməkdə olan sousun içinə qarışdırın. Qarışdırdıqdan bir dəqiqə sonra ocaqdan alın. NUŞ OLSUN.
QEYD:
Spaqettiləri süzdükdən sonra yapışmasın deyə bir az duru yağ ilə qarışdırın. Qiyməli topları da əvvəlcə hazırlayıb qızartsanız sousun içinə qatanda sizin üçün asan olar.Eyni zamanda uzun makaronları da bu şəkildə hazırlaya bilərsiniz. Pomidor olmasa da sadəcə tomatı su ilə sulandırıb eyni şəkildə hazırlaya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani