Son yenilənmə tarixi 04/11/2023 by Leyla Xanım
Ərzaqlar:
2 litr su
1,5 st. şəkər tozu
2 ədəd limon
2 dəstə nanə
Hazırlanması:
Suyu və şəkəri qaynadın. Üzərinə Limonun qabığını sürtkeçdən keçirib tökün. Eyni zamanda limonun suyunu da sıxıb qatın. Təmiz yuyulmuş nanələri də əlinizlə 2-3 parçaya bölüb suya qatın. Qapağını örtüb 1 saat bu şəkildə saxlayın. 1 saatdan sonra qapağını açıb 4-5 saat yenə saxlayın. Sonda süzərək ağzı bağlı şəkildə soyuducuda saxlayın. Soyumuş Nanəli limonlu şərbətiniz hazırdır. Süfrəyə verdiyiniz zaman zövqə görə buz ataraq servis edə bilərsiniz. NUŞ OLSUN.
QEYD: Zövqə görə şəkər tozunu artırıb azalda bilərsiniz.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
Suyu 1 saat qaynadıb saxlıyırıq yoxsa ele qaynadılıb altı söndürlmüş suya elave edirik