Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Brownie Peçenye Resepti, Brownie Peçenye Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Brownie Peçenye

Son yenilənmə tarixi 31/10/2023 by Leyla Xanım

browniepecenye

reklam



Ərzaqlar:

125 qr. kərəyağı
1 çay st. şəkər kirşanı
1 çay st. duru yağ
1 paket qabartma tozu
1 paket vanilya
3 x/q. kakao
3 su st. un
1 yumurta

Siropu üçün:
1 su st. şəkər tozu
1 su st. su
4-5 damcı limon suyu


Hazırlanması:

Siropunu hazırlamaq üçün qazana suyu və şəkəri töküb qaynadın. Qaynamağa başladıqda limon suyunu damladaraq 6 dəqiqə sonra ocaqdan alın.
Ayrı bir qabda kərəyağını, duru yağı, unu, şəkər kirşanı, kakaonu, yumurtanı,qabartma tozunu və vanilyanı qarışdıraraq ələ yapışmayan bir xəmir hazırlayın.
Duxovkanın listinə yağlı kağız sərərək kakaolu xəmirdən qopararaq listə düzün.
Bütün xəmir bitənə qədər bu işləmi davam etdirin.
200 dərəcədə 10 dəqiqə bişirin.
Bişən peçenyeləri ilıqlaşdıqdan sonra soyumuş siropa batırıb çıxarın.
Üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz.(kakosla, qozla vəs.)


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani