Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Turşu Qovurma Resepti, Turşu Qovurma Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar


Resept Axtar:

Turşu Qovurma

Son yenilənmə tarixi 17/11/2023 by Leyla Xanım

OLYMPUS DIGITAL CAMERA

reklam



Ərzaqlar:

250 qr. qoyun əti
1 ədəd soğan
250 qr. şabalıd
100 qr.albuxara
0,5 ç. q.limon turşusu
0,5 ç.q duz
0,5 ç. q.istiot
0,5 ç. q. sarıkök


Hazırlanması:

Şabalıdın qabığını çərtib  5  dəqiqə suda bişirin, əti yuyub  25 -30 dəqiqə   bişirin.Albuxaranı 3  -4 dəqiqə  suda saxlayıb suyunu boşaldın.Şabalıdın  suyunu süzüb qabığını soyun.Soğanı halqa şəklində doğrayıb  yağda qovurun, əti üzərinə əlavə  edib qızardın.
Ayrı bir tavada  yağ və ətin suyundan töküb üzərinə şabalıdları  və sonra da albuxaranı qovurun.
Bunu da ətlə soğanın üzərinə tökün.
Stəkana limon turşusu sarıkök, duz və  yarım stəkan suyu töküb qarışdırın  və ətin üzərinə tökün.
Təxminən yarım saat vam odda bişsin, plov üstü turşu qovurmanız hazırdır. NUŞ OLSUN!

Reseptler.com


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların (reseptlər, şəkillər...) başqa saytlarda istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!


Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani