Resept Axtar

Yumuşaq Brauni (Nəm Brauni)

yumusaq brauni

reklam
Ərzaqlar:

16  ədəd üçün

85 qram kərə yağı
225 qram bitter şokolad
Bir stəkan şəkər tozu
1/4 çay qaşığı duz
2 ədəd iri yumurta
1/3 stəkan un
Yarım stəkan qoz ləpəsi


Hazırlanması:

Sobanı 160Cdək qızdırın.  Ölçüsü 20 sm x 40 sm olan perqament kağızı kəsib hazırlayın.

Ölçüsü 20 x 20 x 5 sm  olan formanın dibini bir az yağlayıb perqament kağızı buraya sərin. Kağızın kənarları iki tərəfdən bir qədər formanın kənarına çıxacaq – bu, belə də olmalıdır. Perqamentin üstünü yağlayın.

Şokoladı və yağı istiyə qarşı dayanıqlı bir qaba qoyub, qabı qaynayan su olan qazanın üstünə yerləşdirin. Qabın dibi suya dəyməməlidir. Tez-tez qarışdıraraq, şokolad və yağı əridin. Sonra qabı kənara çəkin.

İri taxta qaşıqla şəkər tozu və duzu şokolada əlavə edin (şokoladın soyumasını gözləmək lazım deyil). Yumurtaları bir-bir əlavə edib qaşıqla çırpın. Unu da əlavə edib yaxşıca qarışdırın. Alınan kütlə hamar və düyünsüz olmalıdır. Əlinizlə qozu iri parçalara bölüb çokoladlı kütləyə əlavə edin. Yavaşca qarışdırın.

Qarışığı formaya töküb üstünü qaşıqla hamarlayın. 30-35 dəqiqə bişirin. Kibritlə brauninin ortasına batırıb çıxartdığınızda, kibrit təmiz amma nəm olmalıdır.

Qoyun  brauni formada bir qədər soyusun. Sonra isə perqament kağızının çıxan tərəflərindən vasitəsiylə brauniləri formadan çıxardın. Qoyun tamamilə soyusun. Sonra isə kiçir kvadratlara doğrayın.

Azcookbook

Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Bir Cevap Yazın

E-posta hesabınız yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir


4 + altı =

Şu HTML etiketlerini ve özelliklerini kullanabilirsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>