Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Sosiskalı Çörək Resepti, Sosiskalı Çörək Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Sosiskalı Çörək

Son yenilənmə tarixi 08/09/2023 by Leyla Xanım

sosiskalicorek

reklam



Ərzaqlar:

Xəmiri üçün:
2,5 su st.un
1 yumurta
1 ç.st ılıq süd
maya(droj)
1 ç.q. şəkər
duz

İçi üçün:
1,5 su st. su
2 x./q. tomat pastası
duz,qarabibər
nanə və s.
5 ədəd sosiska
marqarin
(Zövqə görə kərəyağı,duru yağ)

Üzəri üçün:
1 yumurta sarısı


Hazırlanması:

Maya, un,şəkər,duz,yumurta və süd qarışdırılaraq xəmir yoğrulur.Təxminən 30 dəqiqə acımaq üçün bir kənara qoyulur.
Su və tomat pastası qarışdırılır,baharat əlavə edilir.
Marqarini (kərəyağı) əridin,hazırladığınız tomatlı sulu qarışımı əlavə edin və bişirin.Bir az qatılaşdıqdan sonra ocaqdan alın.
Xəmiri 5 kündəyə bölün və düzbucaq şəklində yayın.İçinə hazırladığınız tomatlı qarışımdan sürüb ortasına sosiskanı qoyun və rulet kimi bükün.(şəkildəki kimi)
Bütün kündələri bu cür hazırlayın. Duxovkanın listinə yağlı kağız qoyaraq sosiskalı çörəkləri (yada yağlayaraq) düzün.Üstünü bir dəsmalla örtüb 20 dəqiqə bir kənarda saxlayın.
Üzərinə yumurta sarısı sürərək 180 dərəcədə 20-30 dəqiqə üzəri qızarana qədər bişlirin.NUŞ OLSUN.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani