Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Şəkərli Qurabiyə Resepti, Şəkərli Qurabiyə Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Şəkərli Qurabiyə

Son yenilənmə tarixi 11/08/2023 by Leyla Xanım

sekerliqurabiye

reklam



Ərzaqlar:

250 qr. marqarin və ya kərəyağı
4 yumurta(birinin ağını ayır)
200 qr. şəkər tozu
500 qr. un
1 paket qabartma tozu
1 paket vanilya
1 portağal

Üzəri üçün:
1 yumurtanın ağı(ayırmışdıq)
şəkər tozu (bulamaq üçün)


Hazırlanması:

Dərin bir qaba yumurtaları qırın.(birinin ağını ayırın) Üzərinə otaq temperaturundakı marqarin və ya kərəyağını əlavə edin. Şəkər tozunu da töküb qarışdırın. Təmiz yuyulmuş portağalın qabığını sürtgeçdən keçirərək rəndələyin və qarışdırın. Amma çalışın sadəcə üstündəki sarı hissəsi olsun. (Ağ hissəsi acı olur diqqətli olun) Ayrı bir qabda qarışdırılmış olan un, qabartma tozu, vanilyanı da bu qarışıma əlavə edib yoğurun. Xəmir ələ yapışmayan bir xəmir olmalıdır. Xəmirdən qoz böyüklüyündə toplar alıb əlinizdə yuvarlayaraq əvvəlcə yumurtanın ağına sonra da şəkər tozuna batıraraq yağlı kağız sərilmiş(və ya yağlanmış) listə düzün. Şəkildə gördüyünüz kimi qurabiyələrin üzərinə bıçaqla +(plyus) işarəsi qoyun. 200 dərəcədə 20 dəqiqə üzəri qızarana qədər bişirin.
NUŞ OLSUN!

sekerliqurabiye2

sekerliqurabiye3


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. Leyla dedi ki:

    Salam men bu şirniyyatı bişirdim ela alındı təşəkkür edirem!

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani