Son yenilənmə tarixi 26/10/2023 by Leyla Xanım
Ərzaqlar:
10 ədəd qızılgül
10 stəkan su
1 çay qaşığı limon duzu
1 x/q. limon suyu
(qoxusu olan güllər daha gözəl olur)
Hazırlanması:
Güllərin yarpaqlarını dənələyib hər gül üçün 1 stəkan qaynar su əlavə edib 8-10 dəqiqə qaynadın. 10 stəkan su üçün 1 çay qaşığı limon duzu və 1 xörək qaşığı limon suyu əlavə edin. Bundan sonra şərbətin rəngi qızaracaqdır. İsti-isti zövqünüzə görə şəkər tozunu əlavə edin.(Ölçü vermədim) NUŞ OLSUN.
Ömrünüz və həyatınız gül kimi gözəl və təravətli olsun. Şükrünüz bol olsun.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
gozel neyse cox uzun idi amma eliye bilmedimaa