Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Qaymaqlı-Çiyələkli Tort Resepti, Qaymaqlı-Çiyələkli Tort Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Qaymaqlı-Çiyələkli Tort

Son yenilənmə tarixi 02/01/2024 by Leyla Xanım

qaymaqliciyeleklitort

 

reklam



Ərzaqlar:

1 ədəd klassik süngər biskviti
Vanilli tort şərbəti (resept aşağıda verilib)
Qaymaqlı krem  (resept aşağıda verilib)
Təxminən 1 stəkan halqalara bölünmüş çiyələk

Vanilli Tort Şərbəti

üçdə bir stəkan şəkər tozu
üçdə bir stəkan su
yarım limonun suyu (təxminən 3 xörək qaşığı)
1 çay qaşığı vanil ekstraktı (duru vanil)

Balaca qazanda şəkər tozu və suyu qaynadın. Şəkər əriyəndə, qazanı kənara çəkib içinə limon suyu və  vanil ekstraktını əlavə edin. Qoyun kənarda soyusun.

Qaymaqlı Krem

1 stəkan yarım soyuq qaymaq
3 xörək qaşığı şəkər kirşanı (pudrası)
yarım çay qaşığı vanik ekstraktı (duru vanil  – zəruri deyil)

İri qabda qaymaq, şəkər kirşanı və vanili mikserlə  kütlə bir az bərkiyənədək  çırpın.


Hazırlanması:

Soyumuş biskviti iti bıçaqla ikiyə  bölün. Bir yarısını kəsilmiş tərəfi üstdə olmaq şərtiylə yastı yerə qoyun.

Fırçayla şərbətin yarısını bu biskvitin üstünə çəkin. Kremin yarısından bir az azını üstünə yayın. Bunun üstünə çiyələkləri lay şəklində düzün (çiyələkdən bir neçəsini bəzək üçün saxlayın).

Biskvitin digər yarısını kəsilmiş tərəfi yuxarıda olmaq şərtiylə çiyələklərin üstünə yerləşdirin. Qalan şərbəti fırçayla üstünə çəkin. Qalan kremi bu biskvitin üstünə və tortun kənarlarına çəkin. Tortu çiyələklə bəzəyin. Hazır tortu dərhal soyuducuya qoyun və sərin olaraq süfrəyə vedin.

Azcookbook


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. sebine dedi ki:

    qarisqa yuvasinin reseptini vere bilersiz

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani