Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Noxudlu Limonlu Şorba Resepti, Noxudlu Limonlu Şorba Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Noxudlu Limonlu Şorba

Son yenilənmə tarixi 22/10/2023 by Leyla Xanım

noxudlulimonlusorba 

reklam



Ərzaqlar:

350 q noxud
1 iri baş soğan
150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
2 x.q. un
cəfəri
0,5 limon
duz
istiot

Noxudu gecədən suda isladın.


Hazırlanması:

Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün.
Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək).
Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın.
Noxudun bir hissəsini qazandan çıxarın, blenderdən keçirin, qazana qaytarın, unlu limon şirəsini qarışdıraraq əlavə edin, doğranmış cəfəri səpin, daha 5 dəqiqə bişirin, şorbanı ocaqdan götürün.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

2 Yorum

  1. yaşamaq gözəldi dedi ki:

    gozel gorunur

  2. nihat dedi ki:

    cox dadlidir

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani