Son yenilənmə tarixi 02/10/2023 by Leyla Xanım
Ərzaqlar:
200 qr toyuq əti
2 soğan
300 qr qızardılmış göbələk
2 qaynadılmış kartof
2 qaynadılmış kök
200 qr pendir(ağ kaşar pendiri)
mayonez, xama
göyərti, duz-istiot zövqə görə
Hazırlanması:
Toyuğu qaynadırıq və kvadrat formasında doğrayırıq. Soğanın birini göbələklə yaxşıca qızardırıq. Sonra bir boşqaba toyuğu düzürük, sürtgəçdən keçirilmiş kartof və kökü lay-lay arasını mayonezləyərək davam edirik. Qızardılmış göbələkləri və soğanı da əlavə edirik, üzərini mayonez və xamayla örtürük. Ağ kaşar pendirimizi sürtgəcdən keçirərək salatımızı tamamalayırıq. Qaynadılmış köklərdən nazik halqalar kəsirik, ortasından yavaşca qatlayırıq. Nərgiz gülünün ləçəkləri kimi düzürük saplaqlarını isə göy soğandan düzəldirik. Ləçəklərin tam ortasına sürtgəcdən keçirilmiş yumurtanın sarısını tökürük.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
cox elverisli salatdir.tewekkur edrem yoxlayim gorum nece alinir.