[mal]
1 su st. maş lobya
1 ədəd yerkökü
2 ədəd ocaqda közlənmiş qırmızı bolqar bibəri
2 sap yaşıl soğan
cəfəri,şüyüd
zeytunyağı,
narşərab
duz
limon suyu
[haz]
Lobyaları axşamdan suya qoyun.Sabah üzərinə su əlavə edərək yumşalana qədər bişirin.
Bişmiş lobyaları süzün, soyusun.
Ayrı dərin bir qaba ocaqda közləyib qabığını soyduğunuz qırmızı bolqar bibərini xırda xırda doğrayın.
Şüyüdü, cəfərini doğrayıb bibərin içinə qatın.
Üzərinə yerkökünü sürtgeçdən keçirib tökün.
Soyumuş lobyaları əlavə edin.
Sonda duz, zeytunyağı,limon suyunu,narşərabını əlavə edib qarışdıraraq servis edə bilərsiniz.NUŞ OLSUN.
QEYD: Zeytunyağı çox faydalı və salatlara da çox gözəl yaraşır.Amma olmasa qarğıdalı yağı da istifadə edə bilərsiniz.Qırmızı bolqar bibərini ocaqda tutaraq közləyə bilərsiniz.
11 Mart 2014 • 3 yorum
Maş Salatı

dadsizdi men beyenmedim
Cavabla
Ama çox faydalıdır. Lezzetli elemek öz elinizdedir)
Cavabla
Ela, chox sagolun. chox faydali, saglamliga xeyirli olan salatdir. tebii, terevezlerden olan salatlari chox sevirem. bu imkana gore chox sagolun. yeni reseptler oldugca paylashin 🙂
Cavabla