Son yenilənmə tarixi 23/07/2023 by Leyla Xanım
Ərzaqlar:
1 su st. qırmızı mərcimək
1 ədəd soğan
1 ədəd yerkökü
1 x/q. un
yarım xörək qaşığı tomat
duz, qarabibər
1 litrə su
2 x/q. duru yağ
Üzəri üçün:
2 x/q. kərəyağı
1 ç/q. qırmızı bıbər tozu
Hazırlanması:
Soğanları xırda xırda doğrayıb üzərinə də duru yağı töküb qovurun.Sonra unu əlavə edib qovurun.Bir neçə dəqiqədən sonra tomatı, doğradığınız yerkökünü, yuyub süzdüyünüz mərciməkləri əlavə edib qovurun.Üzərinə suyunu əlavə edib qazanın qapağını örtərək kök və mərciməklər yumşalana qədər vam odda bişirin.
Zövqə görə şorba bişdikdən sonra əl blendəri ilə əzilir.Duz qarabibəbər tökülür.Ayrı bir qabda yağı əridib qırmızı bibər tozunu töküb ocağı söndürürsən. Şorbanız qatı olsa bir az su töküb qaynada bilərsiniz.
QEYD:Şorbanın rənginin qırmızı olmasını istəyirsinizsə tomatı artıra bilərsiniz.Toyuq suyu ilə də bişirə bilərsiniz.Daha dadlı olur.İstəsəniz blendərdə əzməyin. Nuş olsun!
Mərcimək Şorbası
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!