Son yenilənmə tarixi 09/12/2023 by Leyla Xanım
Ərzaqlar:
15 bulka üçün
Xəmir Üçün:
2 çay qaşığı quru maya
1/4 stəkan ilıq su
4 stəkan (və ya gərəkirsə daha da çox) əla növ un
2 çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
1 stəkan ilıq süd
6 xörək qaşığı kərə yağı
2 ədəd iri yumurta
Üstü Üçün:
1 ədəd yumurta – qarışdırın
Hazırlanması:
Bir qabda və ya stəkanda mayanı suda həll edin. Bir qədər köpüklənməsi üçün 5 dəqiqəlik kənara qoyun.
Ləyənə 3 stəkan un (gerisini sonra əlavə edəcəksiniz), duz və şəkər tozunu qarışdırın.Buraya mayalı qarışıq, süd, yağ və yumurtaları da əlavə edib qarışdırın. Tədricən geri qalan unu da əlavə edin, lazım olduğu qədər, hamısını birdən deyil, çünki hamısı lazım olmaya da bilər. 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir bərk olmamalı, yumuşaq və elastik olmalı, amma ələ yapışmamalıdır. Xəmiri kündələyin. Ləyənin dibini duru yağla bir az yağlayın və kündəni buraya qoyun. Üstünü dəsmalla örtün. Qoyun isti yerdə gəlsin. Bu, təxminən 1 saat yarım, 2 saat çəkə bilər.
Bu zaman 30 x 43-cm ölçüləri olan, kənarları dəyaz formanın dibinə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm).
Gəlmiş xəmiri iki hissəyə bölün, sonra hər hissəni 8 hissəyə. 16 hissə alınacaq. Mən adətən o hissələrdən birini digər 15 hissə arasında bölürəm – beləliklə formada eyni sayıda çörək sıraları alınır. Hissələri kündələyin – əllərinizin arasında yumrulayın. Elə edin ki, kündələrin üstü hamar olsun. Kündələri cərgə ilə, bir-birindən 5 cm aralıqda olmaq şərtilə formaya düzün (şəkilə baxın). Kündələrin üstünə yüngülvari, üstünə basmadan çay dəsmalı örtün. Qoyun yenidən gəlsinlər, təxminən 30-40 dəqiqə ərzində. Kündələr şişməli və yumuşaq olmalıdırlar.
Sobanızı 190Cdək qızdırın.
Kündələrin üstünə yumurta çəkib sobanın orta rəfində üstləri qızaranadək, 20-25 dəqiqə ərzində bişirin. Kökələr isti-isti yeyilir.
Azcookbook
super super sadece super once denedim tedine doyum yok her kese yepmasini tavsiye ediyorum
un ne kadar olsun texminen cemi ne qeder gedir un bulkaya
kismisli bulka yazmisiniz amma kismisini yazmamisiniz
BASA DUSMEDIM YAZMISIZKI 3 STEKAN UN ELAVE EDIN SONRA GERISINIDE ELAVE EDECEKSINIZ?
BES AXI UNUN TAM MIQDARINI QEYD ETMEMISINIZ?
Beli, sehv düzeldildi. Üzr isteyirik. 🙂
men hele duzeldecem
dadı biraz qeribe çıxdı heçde şirin olmadı beyendim desem yalan olar