Son yenilənmə tarixi 07/12/2023 by Leyla Xanım
Ərzaqlar:
4-5 ədəd kartof
1 su st. qatıq
1 su st. duru yağ
3 yumurta
2 su st.un
1 paket qabartma tozu
duz
istiot
cirə,razyana
100 qr. ağ pendir
Üzəri üçün:
küncüt,çörəkotu
Hazırlanması:
Kartofları soyub doğrayın. Duxovka listinin içinə yerləşdirin. Ayrı bir qabda yumurtanı, duru yağı və qatığı qarışdırın. Unu və qabartma tozunu da əlavə edin.Sonda ədviyyatları da qatıb qarışdırın.
Keksin xəmiri kimi bir az sulu olacaqdır.(şəkillərdə görünür) Doğranmış kartofun üzərinə xırda-xırda doğradığınız pendirləri də səpələyin. Hazırladığınız bu qarışımı pendirli kartofun üzərinə tökün. Üzərini bəzəyərək 170 dərəcədə üzəri qızarana qədər təxminən 20-25 dəqiqə bişirin. NUŞ OLSUN.
QEYD: Keks xəmirini tökdüyünüz zaman sinini bir az əlinizdə silkələyin ki,xəmir kartofun altına keçsin.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!
cox beyendim lezzetli yemekdi
maraqlidi yeqin dadida yaxwidi.
ÇOX QƏŞƏNG GÖRÜKÜR GÖRÜNÜŞÜ KİMİ DADI DA ELƏDİ YƏQİN
oofff bu nee lezzet bisirende deyecem