Son yenilənmə tarixi 23/08/2023 by Leyla Xanım
Ərzaqlar:
Xəmir üçün
4 yumurta,
1 – 1,5 stəkan şəkər,
300 qr xama,
2 stəkan un,
2 xörək qaşığı kakao,
6 x/q qatılaşdırılmış şirin süd,
0,5 ç/q soda, vanil tökülür.
Krem üçün
200 qr kərəyağ,
8 xörək qaşığı qatılaşdırılmış şirin süd,
200 qr xırda doğranmış qoz ləpəsi götürülür.
Hazırlanması:
Yumurta şəkərlə tam əriyib ağarana qədər çalınır. Bura xama, soda, qatılaşdırılmış süd və un əlavə edilərək birlikdə qarışdırılır. Sonra xəmirin yarısı yağ çəkilmiş formaya tökülüb bişirilir. O biri yarısına isə kakao qatılıb yaxşı qarışdırılır, yağ çəkilmiş formaya tökülüb bişirilir.
Krem hazırlanır və bir qat ağ biskvit, bir qat qəhvəyi biskvit qoyub, arasına krem çəkilir. Krem çəkərkən biskvitin arasına xırda doğranmış qoz ləpəsi də səpmək olar. Nuş Olsun!
cok lezzetli tesekkur ederim
guzel cox cox gozel
cox xosuma geldicox amma cox
belke bu tortu her ad gununde bisirdim
gozel tort
biskviti nece derecede nece deqiqe biwiririk?
anamin ad gunune tort axtariram belke biwirerem bunu
cox qeseng gorunur bisirmeye deyer ellerinize saliq saqolun
çox gözəl tortdu qardaşımın ad gününə 2 gün qalıb bu tortu hazırlayacam
cox gezeldi.sizin biskvitler cox gozel olur.mende biskivit ne qeder kopsede pecden cixardandan sonra pisir.