Son yenilənmə tarixi 25/08/2023 by Leyla Xanım
Ərzaqlar:
1 litr süd
8 x/q. mannı krupa
7 x/q. şəkər tozu
1 paket krem şanti(75 qr.)
Üzəri üçün:
1 ç.st.fındıq və ya badam ləpəsi
1 s. st. kokos
Hazırlanması:
Qazana südü, mannı krupanı və şəkər tozunu töküb qarışdırın.Ocaqda qaynayana qədər ara sıra qarışdıraraq bişirin.Pudinqdən bir az qatı olana qədər qarışdıra qarışdıra bişirilir. (Diqqət edin qazanın dibinə yapışmasın, çünki mannı tez topaqlaşır.)Qatılaşdığında ocaqdan alıb bir kənarda soyudun.Ara bir qarışdıraraq soyudun.İlıq olduğu zaman souyuducuya qoyaraq 1 gecə saxlayın.(təxminən 7 -8 saat)Soyuducudan çıxarıb krem şantini toz şəklində bu qarışımın üzərinə tökün və mikserlə qarışdırın.Qarışımdan qoz böyüklüyündə toplar hazırlayın.Hazırladığınız bu topları kokosa bulayaraq servis qabına düzün.Üzərinə fındıq və ya badam ləpəsi qoyun.Soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz. NUŞ OLSUN!
QEYD: Topları hazırlarkən əlinizə yapışırsa əlinizi arabir suya batıraraq hazırlaya bilərsiniz.Fındıq və ya qoz ləpəsinin tozuna da bulaya bilərsiniz.Şokoladlı sous hazırlayıb ona da bulamaq olar.Yaxud da lokumu bişirərkən qazana 2 x/q.kakao da əlavə edilə bilir.Türk şirniyyatıdır.Türkiyədə mannı krupa yoxdur irmık ilə hazırlanır. Ama ikisi də eynidir.
Manna kupa adı mannadırmı? Teşekkürler
Bəli.
zehmet olmasa deyin bu qeder erzaqdan ne qeder lokum hazir olur
Boyuna görə dəyişir ama en az 20 dənə alınır.
cok guzeller
Bu resept magazadaki kimidir