Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Almalı Qurabiyə (Mutaki) Resepti, Almalı Qurabiyə (Mutaki) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Almalı Qurabiyə (Mutaki)

Son yenilənmə tarixi 07/09/2023 by Leyla Xanım

almaliqurabiye

reklam



Ərzaqlar:

Xəmiri üçün:
125 qr. kərəyağı(otaq t-da)
1 ç.st. qatıq
1 ç.st. duru yağ
1 yumurta
300 qr. şəkər tozu
1 su st. nişasta
3 və ya 3,5 st.un
yarım paket qabartma tozu
vanilya

İçi üçün:
4 ədəd alma
1 su st. qoz
1 ç/q.darçın
5 x/q. şəkər tozu


Hazırlanması:

Almaları sürtgəcdən keçirib üzərinə şəkər tozunu tökün, bişirin.Suyunu çəkdikdən sonra qozu və darçını da əlavə edib alma püresini ocaqdan alın.
Xəmir üçün olan bütün ərzaqları qarışdırıb xəmir yoğurun.Ölçülər bilinsə də ununu ehtiyatla tökün.
Biz bu xəmirdən iki cür hazırladıq.
Birinci üzəri kəsik olanı hazırlamaq üçün mandalin böyüklükdə xəmir alıb yarım cm qalınlığında yayalım(şəkildəki kimi)
Yayılmış xəmirin üçdən ikisini bıçaqla cizin, digər üçdən birinə alma püresini qoyub sararaq şəkildəki kimi ay şəklində düzəldin.(əldə əyərək düzəldə bilərsiniz)
Yuvarlaq olan qurabiyələri hazırlamaq üçün yarım cm qalınlığında yayılmış xəmiri su stəkanı ilə kəsin.Kəsdiyiniz yuvarlağın birinin içinə almalı qarışımdan qoyun.Digər yuvarlaq xəmirin üzərini isə şəkildə gördüyünüz kimi + işarəti şəklində kəsin.Kənarlarını çəngəllə basaraq şəkil verin.
Hazırladığınız qurabiyələri yağlanmış vəya yağlı kağız sərilmiş duxovkanın listinə düzərək əvvəlcədən isinmiş 170 dərəcədə üzəri bir az qızarana qədər bişlirin.Bişmiş qurabiələrin üzərinə şəkər kirşanı səpin.(süzgəclə)Bu qurabiyələr mutakiyə də bənzəyir.amma içi fərqlidir.NUŞ OLSUN.
QEYD: Duxovkanız əgər çox tez bişirirsə qurabiyələri duxovkaya qoyduqdan bir az sonra dərəcəsini 150-yə düşürün.
Mutakidə iç qoz və şəkər tozundan hazırlanır.Kündəni böyük bir yuxa şəklində yayıb onu 12 yerə bölüb hazırlayırsan.Xəmiri isə eyni ola bilər.Mutakinin xəmiri şəkərbura və paxlava xəmiri ilə də hazırlana bilər.İç də eyni şəkərbura paxlava içini istifadə edə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani