Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Ətli Qabaq Dolması Resepti, Ətli Qabaq Dolması Hazirlanmasi - Reseptler.com

 
   Resept Axtar



Ətli Qabaq Dolması

Son yenilənmə tarixi 18/09/2023 by Leyla Xanım

etliqabaqdolmasi

reklam



Ərzaqlar:

1,5 kq dolmalıq qabaq
2 xörək qaşığı dolmalıq düyü
300 qram quzu əti
Qazanın dibi üçün quzu ətinin sümükləri
2 xörək qaşığı bibər və ya pomidor rıçalı
2 doğranmış pomidor
2 incə doğranmış baş soğan
2-4 diş doğranmış sarımsaq
2 xörək qaşığı marqarin
1/2 dəstə doğranmış cəfəri
1/2 dəstə doğranmış şüyüd
1 xörək qaşığı quru nanə
Duz
Qara bibər


Hazırlanması:

Qabaqların üstünü qazıyın, təmizləyəndən sonra yuyun, bıçaqla içlərini ovun. İç üçün quzu əti qıymasını, yuyulmuş düyünü, qabığı soyulmuş pomidorları, soğanı, sarımsağı, şüyüdü, cəfərini, ədviyyatı, rıçalın və marqarinin yarısını, duzu qoyub çox sıx olmayacaq şəkildə qabaqlara doldurun.

Daha sonra qabaqları qazanın dibinə düzülmüş sümüklərin üstünə düzün. Qabaqların üstünü örtəcək qədər rıçallı su tökün, yerdə qalan marqarini də əlavə edəndən sonra qazanın ağzını bağlayın, orta odun üzərində bişirin.
Qabaqlar yumşalıb içindəki düyü bişəndə odu söndürün, dolmaları buluda düzün, üstünə şüyüd səpin.

Milli.az


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani