Son yenilənmə tarixi 25/09/2023 by Leyla Xanım
Ərzaqlar:
500 qr. xırda doğranmış ət
1 ədəd soğan
1 ədəd kartof
2 -3 diş sarımsaq
2 s.st. düyü
kərəyağı, duz, qarabibər
Hazırlanması:
Xırda kvadrat şəklində doğranmış ətləri bir tavada bişməyə buraxın. Suyunu çəkməyə yaxın ədviyyatları və ortadan ikiyə kəsdiyimiz sarımsaqları əlavə edin. 1 su stəkanı isti suyu da əlavə edərək bişirin.
Kartofu halqa şəklində dilimləyib yağda qızardın.
Soğanı dilimləyərək dibini yağladığınız qazana düzün.
Soğanın üzərinə ətləri suyu ilə birlikdə boşaldın.
Ətin üzərinə kartof dilimlərini düzün.
Sonda əvvəlcədən suda islatdığımız düyünü də qazana tökün.
Üzərinə təxminən 4 su stəkanı isti su tökərək 1 -2 xörək qaşığı kərəyağınıda əlavə edərək vam odda bişməyə buraxın.
Düyü yumşalıb suyunu çəkdikdən sonra yeməyimiz bişmişdir.
Qazanı ocaqdan alıb üzərinə geniş bir servis boşqabını qoyaraq qazanı ters çevirin.Salata və istediyiniz yaşıllıq və qatıqla servis edin. NUŞ OLSUN!
Reseptler.com