Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Yumşaq Poğaça (Bulka) Resepti, Yumşaq Poğaça (Bulka) Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Yumşaq Poğaça (Bulka)

Son yenilənmə tarixi 14/11/2023 by Leyla Xanım

yumsaqpogaca

reklam



Ərzaqlar:

Xəmiri üçün:
2 su st. süd
40 qr. maya
1 su st.su
yarım su st. duru yağ
1 yumurta
1 x/q. şəkər tozu
Aldığı qədər un
1 çimdik duz
İçi üçün:
Ağ pendir
cəfəri
pendir duzsuzsa duz

Üzəri üçün:
yumurta sarısı və küncüt


Hazırlanması:

Xəmiri hazırlamaq üçün əvvəlcə mayanı bir qaba alın, üzərinə şəkər tozunu tökün,ilıq suyu əlavə edin,sonra ilıq süd və duru yağı tökün. Unu əlavə edərək yumşaq ələ yapışmayan bir xəmir yoğurun.Acıması üçün üzəri bir dəsmalla örtülərək bir kənara qoyun. Pendiri çəngəllə əzilib üzərinə zövqə görə cəfəri tökün. Hazır olan xəmirdən qozdan bir az böyük parçalar alıb əlimizdə yayaraq içinə pendir qarışımından qoyub yuvarlaq şəkil verin. Yağlı kağız(perqament) sərilmiş duxovkanın listinə düzün.Üzərinə yumurta sarısı və küncüt tökərək 180 dərəcədə üzəri qızarana qədər bişirin. NUŞ OLSUN.
QEYD:İçi kartof əzməsi ilədə hazırlaya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani