Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Yeni İl Yarpaq Dolması Resepti, Yeni İl Yarpaq Dolması Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Yeni İl Yarpaq Dolması

Son yenilənmə tarixi 12/01/2024 by Leyla Xanım

yeniilyarpaqdolmasi

reklam



Ərzaqlar:

1 kq. yağlı ət
yarım çay stəkanı düyü
2-3 ədəd soğan
yarım dəstə kişniş,dərəotu,nanə
duz,istiot
zövqə görə sarıkök
üzüm yarpağı


Hazırlanması:

Soğan,ət ətçəkən maşından keçirilir,ət yağlı deyilsə quyruq yağı da çəkə bilərsiniz. Üzərinə xırda-xırda doğranmış göyərti, yuyulmuş düyü,duz,istiot,sarıkök əlavə edilib əllə qarışdırılır.
Üzüm yarpağını qaynar suya salıb 1 dəqiqə kimi qaynadın.
Yarpaqların suyu süzüldükdən sonra hər yarpağın içinə bir çay qaşığı ətli qarışımdan qoyub şabalıddan bir az balaca şəkildə bükün.Dolmanı bükərkən bir az bərk bükülməlidir,yoxsa açılar.
Şəkildə gördüyünüz kimi qazana düzüb üzərinə böşqab qoyulub üstünə çıxana qədər su tökün.
Orta atəşdə bişirilərək qaynamağa başladıqdan sonra 1 saat bişirilir.
Bişən dolmanın bir az soyutduqdan sonra Yeni İl Yarpaq Dolmanız hazırdır.NUŞ OLSUN.

QEYD:ət yağlı olduğu üçün eyni zamanda quyruq yağı da əlavə etdiyimiz üçün yağ qoymadıq.
Sarımsaqlı qatıq ilə yanında da soğan, turp ilə təndir çörəyi ilə yeni iliniz mübarək olsun.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani