Son yenilənmə tarixi 25/10/2023 by Leyla Xanım
Ərzaqlar:
500 qr. soyutma bişmiş mal əti
4 ədəd soyutma bişmiş yumurta
3 iri diş sarımsaq
6 ədəd xiyar turşusu
1 stəkan qoz
200 qr. mayonez
Hazırlanması:
Suda soyutma bişmiş əti didin.
Soyutma bişmiş yumurtanı sürtgeçdən keçirin.
Xiyar turşusunu və üzərinə də sarımsağı sürtgeçdən keçirin.
Qozu xırda-xırda doğrayaraq quru tavada bir neçə dəqiqə qovurun.
Ayrı-ayrı qablarda hazırlanan bu ərzaqları sonda bir yeni ilə layiq bir salatı laylar şəklində hazırlayaq.
1.Didilmiş əti yayıb üzərinə mayonez sürün.
2.Sarımsaqla qarişdırılmış xiyar turşusunu yayın və mayonezləyin.
3. Sürtgəçdən keçirilmiş yumurtanı yayaraq mayonezləyin.
4.Sonda üzərini bolca qoz ləpəsi ilə bəzəyin. NUŞ OLSUN.
QEYD: Həm asan həm dadlı ,həm də çox gözəl görünən tam Yeni İl süfrəsinə layiq bir salatdır.
Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!