Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Yaz Salatı Resepti, Yaz Salatı Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Yaz Salatı

Son yenilənmə tarixi 31/08/2023 by Leyla Xanım

subasalati

reklam



Ərzaqlar:

6 ədəd kartof
4 ədəd çuğundur
4 ədəd yerkökü
mayonez
şüyüd,cəfəri
xiyar turşu
qoz
duz,istiot


Hazırlanması:

Kartof (orta böyüklükdə),yerkökü və çuğundur suda bişirilir. Kartofu çox bişirməyin.Sürtgeçdən keçirdiyiniz zaman püre kimi olmasın. Kartofu, yerkökünü və çuğunduru sürtgeçdən keçirin. Ayrayrı qablara qoyun. Kartofa duz, istiot vurun. Yuvarlaq olsun deyə tort qabına qoya bilərsiniz. Sonra ətrafından açaraq çıxartdığınız zaman şəkli gözəl görünür.
1.Kartofun yarısı qabın dibinə yayılır .Üzərinə mayonez sürülür.
2.Yerkökünün də yarısı mayonezlənmiş kartofun üzərinə yayılır. Üzərinə mayonez sürülür.
3.Göyərtilər yerkökünün üzərinə tökülür.
4.Çuğundurun yarısı göyərtilərin üzərinə tökülüb, mayonezlənir.
5.Göyərtilərin yarısı çuğundurun üzərinə tökülür.
6. Xiyar turşusu göyərtilərin üstünə doğranır.
7.Təkrar Kartofun qalan yarısı və mayonez
8.Yerkökü və mayonez
9.Göyərti və turşu
10. Sonda çuğundur tökülüb, mayonezlənir.
Üzərini qozla və göyərti ilə bəzəyə bilərsiniz. NUŞ OLSUN.

QEYD: Üzərini streç filmlə örtüb suoyuducuda 2-3 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani