Son yenilənmə tarixi 19/11/2023 by Leyla Xanım
Ərzaqlar:
2 ədəd yumurta
2 su stəkanı un
1 su stəkanı şəkər tozu (Həvəngdəstədə döyün)
50 qram kakao
50 qram marqarin
1 paket qabartma tozu
1 paket vanilya
2 x/q. portağal suyu
Üzəri üçün:
1 su stəkanı şəkər kirşanı
Hazırlanması:
Un, (həvəngdəstədə və ya stəkanın arxası ilə əzilmiş) şəkər tozu, kakao, qabartma tozu və vanilyanı bir qabda qarışdırılır. Ayrı bir qabda otaq temperaturundakı marqarini, portağal suyunu və yumurtanı birlikdə çırpıb digər quru ərzağımızın üzərinə əlavə edib xəmirimizi hazırlayaq. Hazırlanmış xəmiri yarım saat soyuducuda saxlayın.
Soyuducudan çıxarılan xəmiri qozdan bir az böyük yumru top şəklində hazırlayın. Hazırlanmış yumruları şəkər kirşanına (şəkər pudrası) bol-bol batırıb yağlı kağız sərilmiş listə düzüb yenidən 10 dəqiqəliyinə soyuducuya qoyun. 180 dərəcədə 10-15 dəqiqə bişirin. NUŞ OLSUN.
QEYD:
Şəkər tozunu az-az tökərək həvəngdəstədə əzin. Yerinə şəkər kirşanı istifadə etməyin. Qurabiyələr dağılır.
Xəmiri hazırladığın zaman yumşaq olur. Soyuducuya qoyun. Bərkiyəcək.
Yumurtalar böyük olmasın,xəmir sıyıq olmasın.
harika