Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Toyuqlu Puf Börək Resepti, Toyuqlu Puf Börək Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Toyuqlu Puf Börək

Son yenilənmə tarixi 20/01/2024 by Leyla Xanım

toyuqlupufborek

reklam



Ərzaqlar:

Xəmiri üçün:
2 su st.un
yarım st. süd
1 ədəd yumurta
2 x/q. sirkə
yarım çay qaşığı duz

İç xərci üçün:
300 qr. toyuğun döş əti
2 x/q. kərəyağı
2 x/q. un
1 su st. süd
1 çay/q. duz
1 çay/q. qarabibər


Hazırlanması:

Xəmiri hazırlamaq üçün un, süd, yumurta, sirkə və duzu əlavə edib xəmiri yoğurun .Üzərini təmiz bir dəsmalla örtüb təxminən 30 dəqiqəliliğinə bir kənara qoyun.

İç xərcini hazırlamaq üçün əti az bir suda bişirin. Didikləyin.Tavada kərəyağını əridin. Üzərinə didiklədiyiniz toyuq ətini töküb 2-3 dəqiqə qovurun. Sonra duz, qarabibər və unu əlavə edib qarışdırın.
Sonda südü əlavə edərək qarışdırın. Bu qarışımı südü çəkənə qədər qarışdıraraq bişirin.

Acımış xəmiri yayın, üzərini kərəyağı ilə yağlayın.Rulet kimi bükün. 3 hissəyə bölün.
Böldüyünüz bu 3 parçanı bir birinin üstünə qoyaraq tək parça halına gətirirərək təkrar rulet kimi bükün əlinizlə. Rulet kimi bükdüyünüz bu xəmiri xırd-xırda kündələrə bölün. Bu kündələri yayın. İçinə hazırladığınız toyuqlu qarışımdan qoyun. Üzərinə başqa bir kündəni yayıb sərin. Stəkanla kəsin, ətrafına
çəngəllə basaraq şəkil verin.
Qaynar yağda qızardaraq yağını çəkməsi üçün kağız salfetkanın üzərinə qoyun. NUŞ OLSUN.

QEYD: Bu xəmir yumşaq bir xəmir olur.Amma yaydığınız zaman unlayaraq yaydığınızda asan yaymağınız mümkün olur. İstəsəniz bir yuxanı yayaraq içinə iki yerdə iç qoyub ay şəklində qatlayın. Sonra bir stəkanla eyni yuxadan iki börək kəsib çıxarda bilirsiniz.
İçi hazırlamanın başqa bir yolu: İçi hazırlarkən tavada xırda doğranmış ətin üzərinə az bir su və yağ töküb bişirin.Suyunu çəkib bişən ətin üzərinə un,duz,istiot və südü əlavə edə bilərsiniz.Südünü çəkdikdən sonra 1-2 dəqiqə qovurduqdan sonra iç hazırdır.

 


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın.

Yoruma kapalı!.

Azerbaijani