Food, cooking, food videos, Yemek Tarifleri, Yemekler, Food recipes, Рецепты, Салаты, супы, Кулинарные Toyuq Kotleti Resepti, Toyuq Kotleti Hazirlanmasi - RESEPTLER

 
   Resept Axtar



Toyuq Kotleti

Son yenilənmə tarixi 23/11/2023 by Leyla Xanım

toyuqkotleti

reklam



Ərzaqlar:

200 qr. toyuğun döş əti
1 ədəd quru soğan
yarım stəkan düyü
2 dilim bayat çörək
1 x/q. kərəyağı
duz, istiot

Üzəri üçün:
2 x/q. un
1 yumurta
3 x/q.qəlet unu

Qızartmaq üçün:
Duru yağ


Hazırlanması:

Toyuğun döş ətini qiymə şəklində çəkin.
Düyünü qazanda yumşalana qədər bişirin.
Bayat çörəkləri ayrı bir qabda isladın.
Soğanı xırda xırda doğrayıb kərəyağında qovurun.
Çəkdiyiniz qiymənin yarısını soğanla birlikdə qovurun.
Qovurduğunuz soğanlı qiymənin içinə islatdığınız çörəklərin suyunu sıxıb qarışdırın.
Üzərinə qiymənin qalan yarısını və bişmiş düyünü, duzunu və istiotunu da əlavə edib yoğurun.
Yaxşıca yoğurduğunuz qiyməli qarışımdan təxminən qoz böyüklüyündə alıb əlinizdə yuvarlayaraq yastılaşdırın.
Bu kotletleri əvvəlcə una sonra yumurtaya bulayın.
Sonda da qəlet ununa bulayaraq qaynar yağda qızardın. NUŞ OLSUN.

QEYD: Yanına kartof qızartması, kartof püresi hazırlaya bilərsiniz.


Saytda yer alan Reseptler.com -un özünə məxsus materialların(reseptlər, şəkillər...) başqa saytlarda vs istifadəsi Reseptler.com icazəsi olmadan qətiyyən qadağandır!

Pulsuz Oyunlar
Reklam
Xahiş edirik şərhləri Azərbaycan dilində yazın. [bws_google_captcha]

1 Yorum

  1. PƏRVANƏ dedi ki:

    bu yeməyi qızım çox xoşlayır məsləhət görərəm ki siz də bişirəsiz

[bws_google_captcha]

0 Trackbacks

Azerbaijani